"Atletiko"nun hücumçusu Cakomo Raspadori ölkəsinə qayıdacaq. Sport24.az xəbər verir ki, "Atalanta" italiyalı forvardın keçidini həll edib.

 

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

 

Klublar arasında razılıq əldə olunub. "Atalanta" Raspadori üçün İspaniya klubuna 23 milyon avro təzminat ödəyəcək.25 yaşlı futbolçu qarşıdakı günlərdə yeni klubu ilə müqavilə imzalayacaq.

 

Qeyd edək ki, "Atletiko" Cakomo Raspadorini mövsümün əvvəlində "Napoli"dən 22 milyon avroya transfer edib. İtaliya millisinin üzvü Madrid təmsilçisinin heyətində meydana çıxdığı 15 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.