"Fənərbağça"nın futbolçusu Yussun En Nesiri karyerasını Qətərdə davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Əl Sədd" klubu mərakeşli hücumçu üçün rəsmi təklif bildirib.

 

Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Qətər klubu oyunçunu satınalma bəndi ilə icarəyə götürmək istəyir. Təklif 5 milyon avro icarə, 25 milyon avro transfer haqqından ibarətdir. Tərəflər arasında bu gün son danışıq olacaq.

 

En Nesiri bu mövsüm 25 oyunda 8 qol vurub.