"Vulverhempton" "Verona"nın sağ cinah müdafiəçisi Cekson Çaçuanı transfer edib. Sport24.az xəbər verir ki. Bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.

 

23 yaşlı kamerunlu ingilis klubu ilə "5+1" şərti ilə müqavilə imzalayıb. "Transfermarkt" portalının məlumatına görə, "qurdlar" futbolçu üçün 12,5 milyon avro ödəyib.

 

Qeyd edək ki, Çaçua 2024/25 mövsümündə İtaliya A Seriyasının ən sürətli oyunçusu (36,3 km/saat sürətə çatan) kimi xüsusi mükafat alıb. O, meydana çıxıdığı 36  matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.