İspaniya millisinin baş məşqçisi Luis de la Fuente Lamin Yamalın ətrafında yaşanan  mübahisədən sonra "Barselona" və Kral Futbol Federasiyası ilə münasibətlərindən danışıb. O, Bununla bağlı "Sport.es"ə açıqlama verib:

 

"Barselona" və Kral Futbol Federasiyası ilə heç bir münaqişə yoxdur. Hər tərəfin sadəcə öz maraqları var, amma onlar eyni məqsədə aparır. "Barselona" yaxşı mövsüm keçirmək istəyir və biz isə dünya çempionatına vəsiqə qazanmağa çalışırıq. Biz həmişə Federasiya vasitəsilə klublarla əməkdaşlıq edirik, oyunçuların sağlamlığına diqqət yetiririk. Buna görə də "Barselona" ilə heç bir münaqişə yoxdur və ola da bilməz.

 

Mən sadəcə olaraq qərarlarıma hörmətlə yanaşmağı tələb edirəm. Dünən Laminlə danışdım. Hər şeyi müzakirə etdik, sonra o, düşərgədən ayrıldı. Qalmaq istəyirdi, bu, onun arzusu idi, amma bu mümkün deyildi. Biz vidalaşdıq, o mənə təşəkkür etdi və bütün komanda yoldaşları ilə vidalaşdı".

 

Qeyd edək ki, bir müddət əvvəl "Barselona" rəsmiləri İspaniya millisinin məşqçilər heyətinin Yamalın zədəli olmasına baxmayaraq, onun milliyə dəvət almasından narazılığını bildirmişdi.