"İnter"in müdafiəçisi Françesko Açerbi Venesuela və Ekvadorla keçiriləcək yoldaşlıq oyunları üçün İtaliya yığmasının heyətindən kənarlaşdırılıb. Sport24.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının saytı məlumat yayıb. Bu qərar irqçilik qalmaqalına görə verilib.

 

Daha əvvəl İtaliya mətbuatı Açerbinin "Napoli"nin müdafiəçisi Xuan Xesusun ünvanına irqçi təhqirlərə yol verdiyini yazmışdı. İtaliya millisi komandanın oyunçularını qalmaqaldan qorumaq qərarına gəlib və Açerbini heyətdən kənarlaşdırıb.

 

Qeyd edək ki, onun əvəzinə millinin düşərgəsinə "Roma"nın müdafiəçisi Canluka Mançini dəvət olunub.