Ulduz futbolçu Neymarın formasını geyindiyi "Əl Hilal" Asiya Çempionlar Liqası qrup mərhələsinin oyunu çərçivəsində səfərdə "Nassaci Mazandaran"ın qonağı olacaq. Sport24.az xəbər verir ki, noyabrın 3-də İranın paytaxtı Tehrandakı "Azadi Stadionu"nda baş tutacaq qarşılaşmanı qadınların da izləməsinə icazə veriləcək.

Bununla da iranlı xanımlar uzun müddətdən sonra stadionda futbol matçı izləyə biləcəklər.

Qadınlar üçün 2500 bilet satışa çıxarılacaq. Arenanın ümumi tutumu isə 50 min nəfərlikdir. Biletlər matçın startından 48 saat əvvəl satışa çıxacaq.