İran futzal üzrə qadın millisini İslam ölkələrinin Səudiyyə Ərəbistanında keçiriləcək yarışına göndərməyəcək. Sport24.az xəbər verir ki, bu barədə məlumatı İSNA yayıb.
İslam Həmrəıyliyi Oyunlarında İran nümayəndə heyətinin rəhbəri Məhəmməd Tabeh bu məlumatı təsdiqləyərək bildirib ki, komandaların kvorum toplaya bilməməsi səbəbindən ölkənin qadın futzal millisinin yarışa göndərilməsindən imtina olunub.
Qeyd edək ki, tədbir noyabrın 7-dən 21-dək Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək. Yarışların proqramına 13 olimpiya, 4 qeyri-olimpiya, 3 paralimpiya, həmçinin bir milli idman növü daxildir.