Avstriya milli komandasının hücumçusu Marko Arnautoviç AVRO-2024-ün F qrupunda Azərbaycan yığmasına qarşı keçiriləcək oyunu buraxmaq riski ilə üzləşib. Sport24.az xəbər verir ki, “İnter”in hücumçusu İtaliya A Seriyasının dünən keçirilmiş "Empoli" ilə oyunda (1:0) zədələnib. 

Arnautoviçin bir müddət yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. Müqaviləylə "Bolonya"ya məxsus, "İnter"də icarədə çıxış edən 34 yaşlı forvard 2018-ci ildən Avstriya millisinin formasını geyindiyi millisində 110 matça 36 qol vurub.

Xatırladaq ki, Azərbaycan - Avstriya oyunu oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da keçiriləcək.