Dünən Çempionşipin 19-cu turu çərçivsəində keçirilən "Çarlton" - "Portsmut" oyunu yarımçıq qalıb. Sport24.az xəbər verir ki, buna səbəb "The Valley" stadionuna gələn azarkeşin birinin özünü pis hiss etməsi olub.

 

Oyun ilk hissədə, hesab 0-0 olarkən dayandırılıb. Ev sahiblərinin mətbuat xidmətinin məlumatına görə, azarkeşə təcili tibbi yardım lazım olub. Klub daha sonra onun ölüm xəbərini yayıb.

 

Qeyd edək ki, hazırda aktivində 43 olan "Koventri" Çempionşipdə liderdir. "Midlsbro" isə 36 xalla ikincidir.