İngiltərənin "Sauthempton" klubunun baş məşqçisi postuna daha bir namizəd bəlli olub. Sport24.az xəbər verir ki, Premyer Liqanı tərk edəcəyi dəqiqləşən klub Uill Stillin xidmətində maraqlıdır.
Klub rəhbərliyinin maraq dairəsində Denni Roul da var. O, hazırda "Şeffild Uensdey"i çalışdırır.
Qeyd edək ki, "Sauthempton" İvan Yuriçin istefasından sonra baş məşqçi axtarışına başlayıb.