"Brayton" yarımmüdafiəçi Karlos Balebaya120 milyon avro qiymət qoyub. Sport24.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, 21 yaşlı kamerunlu ilə "Mançester Yunayted" və "Mançester Siti" maraqlanır. Onun performansı bu komandaların baş məşqçiləri Ruben Amorim və Xosep Qvardiolanın diqqətini çəkib.

 

Qeyd edək ki, Baleba 2024/25 mövsümündə bütün turnirlərdə 40 oyunda 4 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayında başa çatır.