İngiltərə Premyer Liqası təmsilçisi "Lids" baş məşqçisi Daniel Farke ilə yollarını ayırmağa yaxındır. Sport24.az xəbər verir ki, 49 yaşlı mütəxəssisin komandasının XIII turda "Mançester Yunayted"ə məğlub olması (2:3) rəhbərliyin xoşuna gəlməyib.

 

Çünki bu, "Lids"in son 7 turda altıncı məğlubiyyəti olub.

 

Komanda qarşıdakı turlarda "Çelsi" və "Liverpul"a qarşı matçlarda lazımi nəticələri əldə edə bilməsə, Daniel Farkenin ayrılığı qaçılmaz olacaq.

Qeyd edək ki, "Lids" 11 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.