"Yuventus"unun hücumçusu Duşan Vlahoviç zədələnib. Sport24.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, "Kalyari" ilə matçın ilk hissəsində zədələnərək meydanı tərk edən serbiyalı futbolçu 2025-ci ilin sonuna qədər sıradan çıxıb.

 

25 yaşlı forvardın təxminən iki ay yaşıl meydanlardan uzaq qalacağı və yalnız gələn ilin əvvəlində geri dönəcəyi bildirilir.

 

Qeyd edək ki, cari mövsümdə Turin təmsilçisinin heyətində 17 oyuna çıxan Vlahoviç 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla hazırkı müqaviləsi gələn ilin yayında başa çatır.