"Kayrat" və "Ordabası"nın sabiq baş məşqçisi Kirill Keker dünyasını dəyişib. Sport24.az xəbər verir ki, bu barədə Qazaxıstan Futbol Federasiyasının (KFF) rəsmi saytında məlumat verilib.

 

47 yaşlı mütəxəssis 2025-ci ildən "Kayrat"ın akademiyasına rəhbərlik etməklə yanaşı, Qazaxıstanın 19 yaşadək gənclər komandasında çalışıb.