"Opta" superkompüteri gələn il ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatının favoritlərini müəyyən edib. Sport24.az xəbər verir ki, superkompüter mundialı qazanmağa əsas namizəd kimi İspaniya millisini göstərib.

 

İspaniyanın qalib olmaq şansı 17 faizdir. "Opta" Fransanın kuboku baş üzərinə qaldıracağı ehtimalını 14,1 faiz dəyərləndirir. İngiltərədə bu rəqəm isə 11,8 faizə bərabərdir. Superkompüter hazırkı dünya çempionu Argentinaya 8,7% şans verir.

 

Qeyd edək ki, gələn il təşkil olunacaq mundialda ilk dəfə 48 komanda iştirak edəcək.