"Liverpul"un baş məşqçisi Arne Slot Premyer Liqanın 13-cü turunda "Vest Hem"ə qarşı keçirilən oyunda hücumçu Məhəmməd Salahı ehtiyat oyunçular skamyasında saxlamağın səbəbini açıqlayıb. Sport24.az xəbər verir ki, o, bu barədə "qırmızılar"ın rəsmi saytına açıqlama verib: 

 

"Məndən əvvəllər də bu  barədə soruşublar. Hər dəfə Virts, İsak, Ekitike və ya Salah ehtiyat oyunçular skamyasında qalanda belə suallar ortaya çıxır. Bu normaldır, amma unutmamalıyıq ki, Salah bu klubda inanılmaz karyera qurub. Onu qarşıda da eyni dərəcədə parlaq gələcək gözləyir. Salah fantastik oyunçudur. 10 gündə dörd oyun keçirəcəyik və mənim ixtiyarımda 14-15 oyunçusu var.

Zaman-zaman heyətlə bağlı qərarlar qəbul etməli və müəyyən bir matç üçün optimal heyət qurmalıyam. "Vest Hem"də sağ cinah müdafiəçisi daim hücuma qoşulur, vinger isə mərkəzə çəkilir. cinah müdafiəçisi isə mərkəzdə oynayır. Mənə elə gəlir Salahı ehtiyatda saxlamaqda düzgün qərar vermişəm". 

 

Qeyd edık ki, "Liverpul" "Vest Hem"lə oyundan" 2:0 hesablı qələbə ilə ayrılıb.