Azərbaycanın aparıcı qrossmeysteri Şəhriyar Məmmədyarov yenilənmiş dünya reytinqində geriləyib, Ülviyyə Fətəliyeva isə şəxsi rekorduna imza atıb. Sport24.az xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyası (FIDE) dekabrın 1-nə olan reytinqi açıqlayıb. 

 

Yenilənmiş reytinqə əsasən, Şəhriyar Məmmədyarov 2730 xalla 14-cü pillədən 19-cu yerə enib. Onun yaxın qonşuları Levon Aronyan (ABŞ, 2729) və Le Kuang Liemdir (Vyetnam, 2731).

 

Teymur Rəcəbov (2692) - 37-ci yerdədirsə, Rauf Məmmədov (2645) - 78-ci, Eltac Səfərli (2644) – 79-cu, Aydın Süleymanlı (2628) - 99-cu pillədə qərarlaşıb. Zirvədə isə Maqnus Karlsen (Norveç, 2840) yer alıb. Hikaru Nakamura (ABŞ, 2810) ikincidir. İlk "üçlüy"ü Vinsent Keymer (Almaniya, 2776) tamamlayır.

 

Qadın şahmatçılar arasında Azərbaycan təmsilçisi Ülviyyə Fətəliyevaya şəxsi rekordunu yeniləyərək 26-cı pilləyə yüksəlib. Onun aktivində hazırda 2434 xal var. FIDE-nin qadınlar reytinqinin ilk "100-lüyü"ndəki digər azərbaycanlı şahmatçılardan Gülhər Beydullayeva (2364) – 77-ci, Xanım Balacayeva (2351) – 92-ci  yerdədir.