"Mançester Yunayted" 17 yaşlı paraqvaylı futbolçunun transferini həll edib. Sport24.az "Sky Sports"a istinadən xəbər verir ki, Paraqvay təmsilçisi "Serro Porteno"nun müdafiəçisi Dieqo Leon artıq müqavilə bağlamaq üçün İngiltərəyə gəlib.

 

Bu gün tibbi müayinədən sonra onunla anlaşma imzalanacaq. Leon cari mövsümün sonunadək icarə əsasında "Serro Porteno"nun formasını geyinəcək.

 

Qeyd edək ki, "transfermarkt" portalı 17 yaşlı futbolçunun transfer dəyərəinin 4 milyon avro olduğunu bildirib.