"Liverpul" yay "transfer pəncərəsi"ndə "Ştutqart"ın yarımmüdafiəçisi Angelo Ştilleri heyətinə qatmağa hazırlaşır. Sport24.az xəbər verir ki, bu barədə Almaniyanın "Stuttgarter-Nachrichten" nəşri məlumat yayıb.

 

Premyer Liqanın son qalibi Almaniya millisinin də formasını geyinən oyunçunun transferi üçün 60 milyon avro ödəməyə hazırdır.

 

Qeyd edək ki, Ştiller bu mövsüm ümumilikdə 45 oyunda meydana çıxıb, 4 qol vurub və 9 məhsuldar ötürmə edib.