"Komo"nun hücumameyilli yarımmüdafiəçisi Dele Alli hədəfləri barədə danışıb. Sport24.az xəbər verir ki, oyunçu 2026-cı ilin yayında İngiltərə millisinə qayıdıb, dünya çempionatında oynamağa ümid edir.
"Əlbəttə ki, beynəlxalq karyeram hələ bitməyib. Mən çox iddialı bir insanam. İndi həmişəkindən daha acam. Mənim üçün iki çətin il oldu, bu müddət ərzində çox şey öyrəndim. Artıq açıq şəkildə bildirdim ki, yaxın hədəflərimdən biri 2026-cı il dünya çempionatının heyətində yer almaqdır".
Dele Alli sonuncu dəfə 2019-cu ilin yayında İngiltərə yığmasında çıxış edib.