Bakıda keçirilən AVRO-2020 oyununda ilk dəfə VAR-dan (video assistant referee – video köməkçi hakim) istifadə olunub. Sport24.az xəbər verir ki, bu hazırda ikinci hissəsi oynanılan Uels - İsveçrə matçına təsadüf edib. 

Belə ki, İsveçrə millisinin hücumçusu Mario Qavranoviç görüşün 88-ci dəqiqəsində fərqlənib. Ancaq sonradan meydana çıxan bu bəstəboy forvardın. vurduğu qol zamanı ofsayd olması təkrarda görünüb. Bu zaman VAR-a müraciət olunub və qol qaydalar çərçivəsində vurulmadığına görə ləğv edilib. Bununla da isveçrəlilərin yenidən hesabda irəli çıxması arzusu puç olub. 

Onu da bildirək ki, dünən keçirilən açılış matçı olan İtaliya - Türkiyə görüşündə (3:0) VAR-dan istifadə olunmayıb