İspaniya La Liqasında baş məşqçi istefası gerçəkləşib. Sport24.az xəbər verir ki, "Almeriya" Visente Moreno ilə yollarını ayırıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 48 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Moreno bu ilin iyulunda "Almeriya"nın baş məşqçisi təyin olunmuşdu. Komanda 7 turdan sonra 2 xal toplayıb və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.