"Bavariya"nın futbolçusu Arion İbrahimoviç karyerasını İtaliyada davam etdirəcək. Sport24.az xəbər verir ki, o, icarə əsasında "Latsio"ya keçib.

 

Bu barədə Roma klubunun mətbuat xidməti məlumat yayıb. İbrahimoviç mövsümün sonuna qədər A seriyası təmsilçisində oynayacaq.

 

"Latsio" mövsümün sonunda almaniyalı hücumçunu transfer etmək istəsə, 8-10 milyon avro ödəməli olacaq.

 

Qeyd edək ki, 19 yaşlı futbolçu "Bavariya"nın yetirməsidir. Ö, ötən mövsüm icarə əsasında İtaliyanın "Frosinone" klubunda ıxış edib və 16 matçda 1 qol vurub.