İngiltərə Premter Liqasının rəhbərliyi bu gün 2021-2024-cü illər aralığında maliyyə feyr-pleyini pozan klublara xəbərdarlıq edəcək. Sport24.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.

 

Xəbərdə bildirilir ki, liqa rəhbərliyi 2021-22, 2022-2023 mövsümlərində maliyyə pozuntularına yol verən klublara 2024-cü ilin dekabrın 31-dək vaxt vermişdi. Onlara əlavə 14 gün də vaxt veriləcək. Bundan sonra müstəqil komissiya 12 həftə ərzində məsələni müzakirə edəcək. Bütün suallara isə mayın 24-də aydınlıq gələcək.

 

Qeyd edək ki, ötən il "Everton" və "Nottimgem Forest" kimi klublar maliyyə feyr-pleyini pozduğunda görə xalları silinmişdi.