"İkinci dövrəyə hazırlıq yaxşı gedir. Yoldaşlıq görüşləri keçiririk. Dünən yeni yaranmış"Tərtər" komandasına qarşı oyunumuz oldu. Ayın 19-u "Naftalan"la üz-üzə gələcəyik. Bundan əlavə 3-cü yoxlama oyunu da keçirməyi planlaşdırırıq". Bu sözləri Sport24.az-a açıqlamasında mövsümün ikinci yarısına hazırlaşan "Karvan"ın baş məşqçisi Kənan Kərimov deyib.

 

Kərimov komandasının heyətində yeni transferlərin olacağını da vurğulayıb:

 

"Yeni transferlər nəzərdə tutulub. Amma hələ komandaya qoşulan yoxdur. Bu, legioner də ola bilər, yerli də. Legioner futbolçuların biletləri ilə bağlı ləngimə var. Çox güman ki, onlar birbaşa müqaviləyə yox, baxışa gələcəklər. Biz götür-qoy edəndən sonra uyğun olan oyunçu ilə müqavilə imzalanacaq".

 

Qeyd edək ki, 11 turdan sonra aktivində 25 xal olan "ağ-qaralar" qış fasiləsinə 2-ci pillədə yollanıb.