Fevralın 5-də 40 yaşını qeyd edəcək Kriştianu Ronaldu "Əl-Nəsr"lə müqaviləsinin müddətini daha bir il uzadacaq. Sport24.az xəbər verir ki, bu barədə "Al Khabar" nəşri məlumat yayıb.
Yeni anlaşmaya əsasın portuqaliyalı ulduz dünyanın ən ödənişli futbolçusu olacaq. Onun illik maaşı 200 milyon avro təşkil edəcək. Ronaldo həftəyə 3,8 milyon avro qazanacaq.
Qeyd edək ki, portuqaliyalı cari mövsümdə "Əl-Nəsr"in heyətində ümumilikdə 18 matça çıxıb və 16 qolla yadda qalıb.