"Barselona", "Yuventus" və PSJ-nin keçmiş futbolçusu Dani Alveş həbsdən çıxandan sonra həyat yoldaşı Joana Sanzla yenidən bir araya gəlib. Sport24.az xəbər verir ki, zorlama ittihamı ilə 4 il yarım həbs cəzası alan braziliyalı bu yaxınlarda 1 milyon avro girov müqabilində sərbəst buraxılmışdı.

 

14 aylıq dəmir barmaqlıqlar arxasında qaldığı müddətdə Barselonadakı evində yaşayan həyat yoldaşı o vaxtdan onların gələcəyi və mümkün boşanmalarla bağlı bütün fərziyyələri rədd etmişdi.

 

Alveş azadlığa çıxdıqdan sonra Joana ilə bir araya gəlib. Joana Sanz bu barədə öz İnstaqram hesabında paylaşım edib.