Danimarka millisinin həkimi Morten Boesen ötən gün AVRO-2020-də ilk turunda Finlandiya ilə matçda (0:1) huşunu itirən futbolçusu Kristian Eriksenə müdaxiləsi ilə bağlı danışıb. Sport24.az xəbər verir ki, o, 29 yaşlı yarımmüdafiəçini necə ölümdən xiıas etmələri haqda məlumat verib: “Kristian yerə yıxılanda bizi meydançaya çağırdılar. Biz onun yanına gedəndə nəfəs alırdı. Nəbzini hiss edirdik, amma çox pisləşirdi. Onu ürək masajı ilə geri qaytardıq. Xoşbəxtlikdən Eriksen həyatını davam etdirdi. Mən xəstəxanaya getməzdən əvvəl onunla danışdım”.

Qeyd edək ki, Danimarka Futbol Federasiyasından yayılan açıqlamada Eriksenin hazırkı vəziyyətinin yaxşı olduğu bildirilib.