Gürcüstan millisinin futbolçuları "Şərəf" ordeni ilə təltif olunacaqlar. Sport24.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze sosial şəbəkədə paylaşım edib.

 

O bildirib ki, AVRO-2024-ün final mərhələsinə vəsiqə qazandıqları üçün millinin bütün oyunçuları "Şərəf" ordeni alacaqlar: "Şəxsən mən bir azarkeş kimi 30 ildir bu günü gözləyirdim. Uşaqlar bizə ən böyük xoşbəxtlik bəxş etdilər. Onlar qəhrəmandırlar və qəhrəmanları qiymətləndirmək lazımdır".

 

Qeyd edək ki, AVRO-2024-ün pley-off raundunun final oyununda Yunanıstana qalib gələn Gürcüstan millisi tarixində ilk dəfə final mərhələsinə vəsiqə qazanıb.