Almaniyanın “Ayntraxt” (Frankfurt) komandasının baş məşqçisi Oliver Qlasner Avropa Liqasının finalında “Reyncers” üzərində qazanılan qələbəni (1:1, penaltilər 5:4) şərh edib.

Sport24.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, futbolçularının performansını heç bir sözlə təsvir edə bilmədiyini deyib:

“İnanılmaz! Bu, Avropada 13-cü oyunumuz idi. Bu oyunların heç birində uduzmadıq. Uşaqların həm bu gün, həm də mövsüm boyu etdiklərini təsvir etməyə sözüm yoxdur.

Gələn mövsüm Çempionlar Liqası haqda düşünmək? Yox. O qədər də uzağa baxmıram, çünki yaxın aylarda nə olacağını bilmirəm. Futbolçulara dedim ki, bizim fantastik səyahətimiz olub, bu səyahət bu gün meydanda yox, sabah kubokla evdə olduğumuz zaman başa çatmalıdır”.