Avsyriyanın "Şturm" klubunun futbolçusu Xavi Serrano Avropa Liqasının qrup mərhələsinin "Sportinq"lə ev oyununda iştirak etməyəcək. Sport24.az xəbər verir ki, 20 yaşlı ispan yarımmüdafiəçi məşq zamanı arı udub.

Futbolçuya şişin qarşısının alınması üçün buz qoyulsa da, sonradan xəstəxanaya aparılıb Xavi evə buraxılsa da, Avroliqa oyununda meydana çıxmayacaq.

Bu gün keçiriləcək "Şturm" - "Sportinq" görüşü saat 23:00-da başlayacaq.