PSJ-nin futbolçusu Osman Dembele Fransa çempionatında yanvarın ən yaxşı futbolçusu seçilib. Sport24.az xəbər verir ki, fransalı futbolçu ötən ay Paris komandasının dörd oyununda iştirak edib və 8 qol vurub.
O, cari mövsümdə Liqa 1-də 19 oyun keçirib və 16 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, PSJ Liqa 1-in 21 turundan sonra 53 xal toplayıb və turnir cədvəlində birinci yerdədir.