Liverkuzen "Bayer"inin hücumameyilli yarımmüdafiəçisi Florian Virtzin atası və agenti Hans-Joakim Virtz oğlunu tam olaraq "Bavariya"da təsəvvür edir, lakin futbolçunun özü hələ heç bir qərar verməyib. Sport24.az xəbər verir ki, bu barədə "Kicker" nəşri məlumat yayıb.
Qeyd olunur ki, 21 yaşlı futbolçu isə seçimini ilk növbədə keçəcəyi klubun çalışdırıcısı ilə əsaslandırır. Futbolçu üçün məşqçinin siması və ona təqdim olunacaq perspektivlər önəmlidir.
Qeyd edək ki, Virtz 2020-ci ilin yanvarından "Bayer"in formasını geyinir. O, bu mövsüm bütün turnirlərdə 41 oyun keçirib, 15 qol vurub və 13 məhsuldar ötürmə edib.