Filippo İnzaqi baş məşqçisi olduğu "Salernitana"dan qovula bilər. Sport24.az xəbər verir ki, klub rəhbərliyi 50 yaşlı mütəxəssisi istefaya göndərməyə qərar verib.

 

İtaliya təmsilçisi yaxın müddətdə İnzaqi ilə vidalaşmağı planlaşdırır. Buna komandanın uğursuz nəticələri səbəb olub.

 

Qeyd edək ki, 13 xala malik "Salernitana" A seriyasının turnir cədvəlində sonuncu pillədə qərarlaşıb.