FIFA Türkiyə I Liqa təmsilçisi "Adana Dəmirspor"un daha 6 xalını silib. Sport24.az xəbər verir ki, bu barədə qərar qurumun İntizam Komitəsinin iclasında qəbul edilib.

 

Beləliklə, komanda hazırda -23 xalla turnir cədvəlinin sonuncu - 20-ci pilləsində qərarlaşıb.

 

Qeyd edək ki, "Adana Dəmirspor"un ötən mövsüm Superliqada çıxış edərkən də bir neçə dəfə xalları silinmişdi.