FIFA hazırda davam edən dünya çempionatında penalti vuruşları üçün püşkatma qaydalarında dəyişiklik etmək istəyir. Sport24.az xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb.

 

Ali futbol qurumu Beynəlxalq Futbol Assosiasiyaları Şurasına (IFAB) sikkə atma prosedurunu dəyişdirmək üçün müraciət edib. Təşkilat hakimin sikkəni iki dəfə deyil, bir dəfə atmasını istəyir. Bu halda qalib ya zərbəni yerinə yetirmək, ya da qapı seçimini edə bilər. Uduzan tərəf isə ikinci seçim edə bilər.

 

Qeyd edək ki, DÇ-2026-da pley-off mərhələsi iyunun 28-də başlayır.