Fransa millisinin baş məşqçisi Didye Deşamın anası vəfat edib və o, təcili millinin düşərgəsini tərk edərək ölkəsinə qayıdıb. Sport24.az xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyası (FFF) məlumat yayıb. 

 

Məşqçi yaxınlarının yanında olmaq və dəfn mərasimində iştirak etmək üçün ABŞ-ı tərk edib.  O, milli komandanın iyunun 26-da Norveçlə keçiriləcək son qrup mərhələsi son oyununda texniki zonada olmayacaq. Fransa Futbol Federasiyasının prezidenti Filip Diallo ilə razılığa əsasən, Deşamın yoxluğunda komandaya köməkçisi Qay Stefan rəhbərlik edəcək. 

 

Qeyd edək ki, iki turdan sonra aktivində 6 xal olan Fransa I qrupunda liderdir.