Futbol üzrə dünya çempionatında L qrupununda ikinci tura yekun vurulub. Sport24.az xəbər verir ki, Xorvatiya millisi Panama ilə üz-üzə gəlib. 

 

Toronto şəhərində keçirilən görüş avropalıların minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0. Matçda yeganə qolu 54-cü dəqiqədə Ante Budimir vurub.

 

Qrupdakı ilk matçda Qanaya yenilən (0:1) Panamanın pley-offa vəsiqə qazana bilməyicəyi artıq dəqiqləşib.

 

Qeyd edək ki, qrupun digər qarşılaşmasında İngiltərə yığması Qana ilə heç-heçə (0:0) edib.