Müdafiəçi Mark Kukurellanın həyat yoldaşı Klaudiya Rodriges həyat yoldaşının Madrid "Real"ına transferindən sonra ölüm təhdidləri aldıqlarını açıqlayıb. Sport24.az xəbər verir ki, "A Bola"nın məlumatına görə, futbolçunun xanımı sosial şəbəkələrdə çoxsaylı hədə-qorxu və ölüm təhdidləri ehtiva edən mesajlar aldığını bildirib.
Bildirilir ki, mesajların bir qismi artıq hüquq-mühafizə orqanlarına təqdim edilib.
Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Kukurella daha öncə azarkeş narazılığını başa düşdüyünü, lakin ailəsinə yönələn təhdidlərin yolverilməz olduğunu açıqlamışdı.
Xatırladaq ki, ötən mövsüm Kukurella "Çelsi"nin heyətində 50 oyuna çıxaraq 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.