“Fənərbaxça”nın yarımmüdafiəçisi Cengiz Ündər zədələnib. Sport24.az xəbər verir ki, İstanbul təmsilçisinin 26 yaşlı vingeri Super Liqanın 5-ci turunun “Antalyaspor”la matçında (3:2) sıradan çıxıb.
Türkiyə millisinin üzvü üç həftə yaşıl meydanlardan uzaq qalacaq.