“Fənərbaxça”nın qapıçısı Ahmet Oytun Özdoğan İstanbul təmsilçisindən ayrılıb. Sport24.az xəbər verir ki, 22 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.

O, 2014-cü ildən sıralarında olduğu “Fənərbaxça”dan ayrılmağa qərar verdiyini bildirib. Onun klubla müqaviləsinin müddəti bu yay başa çatıb. Futbolçuya yeni müqavilə təklif olunmadığından, o da klubla vidalaşmaq məcburiyyətində qalıb.

Qeyd edək ki, Ahmet Oytun Özdoğan “Fənərbaxça”nın əsas komandasında çox oyun şansı qazanmayıb. O, 2018/19 mövsümünü də “Orduspor”da icarədə keçirib.