Türkiyə Super Liqasının 1-ci turunun üç oyunu təxirə salınıb. Sport24.az xəbər verir ki, buna səbəb klubların avrokuboklarda iştirak etməsidir.
Məlumatı Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb.
"Fənərbaxça" - "Alanyaspor", "Kayserispor" - "Beşiktaş" və "Fatih Karagümrük" - "Başakşehir" matçları təyin olunmuş vaxtda baş tutmayacaq. Qarşılaşmaların nə vaxt baş tutacağı ilə bağlı məlumat verilməyib.
Qeyd edək ki, "Fənərbaxça" Çempionlar Liqasında, "Beşiktaş" və "Başakşehir" isə Konfrans Liqasının 3-cü təsnifat mərhələsində mübarizə aparır.