Bu gün UEFA Çempionlar Liqasında növbəti görüşünə çıxan "Qarabağ" "Şkendiya" ilə üz-üzə gəlib. Ağdam təmsilçisi ilk hissədə vurduğu qolla Şimali Makedoniyada 1:0 hesabı ilə qalib gəlməyi bacarıb. Sport24.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Şimali Makedoniya təmsilçisinin baş məşqçisi Jeton Beqiri bunları qeyd edib:

 

"Utanılacaq hesabla məğlub olmadıq. Rəqib komanda yalnız 1:0 hesabı ilə öndədir. Bakıda yaxşı nəticə qazanmağa çalışacağıq".

 

Qeyd edək ki, cavab görüşü avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.