Bu gün "Qarabağ" UEFA Çempionlar Liqasında növbəti görüşünə çıxıb. Sport24.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivi "Şkendiya" ilə üz-üzə gəlib.

 

Ağdam təmsilçisi ilk hissədə vurduğu qolla Şimali Makedoniyada 1:0 hesabı ilə qalib gəlməyi bacarıb.

 

Qeyd edək ki, cavab görüşü avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

 

UEFA Çempionlar Liqası

III təsnifat mərhələsi, ilk oyun

 

22:00. "Şkendiya" (Şimali Makedoniya) – "Qarabağ" (Azərbaycan) 0:1 

 

Qollar: T.Bayramov,18(pen)