İsmaila Sarrını "rənglərinə bağlamaq" istəyən "Fənərbaxça" "Kristal Pelas"la danışıqlara başlayıb. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial media hesabında paylaşım edib.
28 yaşlı seneqallı futbolçu 2024-cü ildə "Marsel"dən İngiltərə klubuna transfer olunub. Onun "qartallar"la mövcud müqaviləsi 2029-cu ilin yayına qədərdir.
Qeyd edək ki, İsmaila ötən mövsüm "Kristal Pelas"ın forması ilə bütün turnirlərdə 45 oyun keçirib, 21 qol vurub və 2 məhsuldar ötürmə edib. Sarr həmçinin ötən mövsüm Konfrans Liqasının ən yaxşı oyunçusu seçilib. Cinah oyunçusu Seneqalın heyətində DÇ-2026-da 4 qol vurub və 2 məhsuldar ötürmə edib.