"Fənərbaxça"nın İdarə Heyəti cari mövsümdə Türkiyə çempionatından çıxmaq barədə qərar qəbul edə bilər. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb:

 

"2024-cü il martın 17-nə keçən gecə keçirilmiş Superliqa matçında baş verən olaylar və son hadisələr əsasında komandamızın Superliqadan çəkilməsi də daxil olmaqla görülməli olan tədbirlərin qiymətləndirilməsi üçün toplantı olacaq".

 

Məsələ direktorlar şurasının aprelin 2-də baş tutacaq növbəti iclasında müzakirə olunacaq.

 

Qeyd edək ki, martın 17-də Türkiyə çempionatının 30-cu turunda "Trabzonspor" azarkeşləri "Fənərbaxça"nın futbolçularına (2:3) hücum ediblər. "Trabzonspor" tərəfdarları ilə "Fənərbaxça" oyunçuları arasında yaşanan davaya təhlükəsizlik qüvvələri müdaxilə edib.