"Arsenal"ın futbolçusu Leandro Trossard karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Fənərbaxça" belçikalı vingeri transfer etmək istəyir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
İstanbul nəhəngi artıq "Arsenal"la danışıqlara başlayıb. "Fənərbaxça" 30 yaşlı ön xətt oyunçusu üçün London klubuna 15 milyon avroluq təklif göndərib.
Qeyd edək ki, "Arsenal" Leandro Trossardı 2023-cü ilin yanvar ayında "Brayton"dan transfer edib. Belçika millisinin üzvü ötən mövsüm "topçular"ın heyətində meydana çıxdığı 56 rəsmi matçda 10 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi gələn ilin yayında başa çatır.