"Qalatasaray" heyətini yeni hücumçu ilə gücləndirməyə hazırlaşır. Sport24.az xəbər verir ki, "cim-bom" "Əl Nəsr"dən Con Duranla anlaşıb. Bu barədə "Sabah" nəşri məlumat yayıb.

 

İstanbul klubu 22 yaşlı hücumçunu bir mövsümlük icarəyə götürəcək.

 

Duranın son klubu "Zenit" olub. O, Sankt-Peterburq təmsilçisində icarədə çıxış edib.

 

Kolumbiyalı futbolçu daha əvvəl Türkiyədə "Fənərbağça"nın formasını geyinib.