"Marsel"in futbolçusu Meyson Qrinvud karyerasını Türkiyədə davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Fənərbağça"da prezidentliyə namizəd Hakan Safi ingiltərəli yarımmüdafiəçi ilə anlaşdığını açıqlayıb.
O, seçiklərdə qalib gələcəyi halda, Qrinvuda 4 illik müqavilə imzalayacağını bildirib.
Yarımmüdafiəçi sosial şəbəkələrdə Safini izləyir və onun bu açıqlamasını da bəyənib.
İngiltərəli futbolçu 2024-cü ildən "Marsel"də çıxış edir. O, 81 oyunda 48 qol vurub, 17 məhsuldar ötürmə edib.