"Alanyaspor"un baş məşqçisi Fatih Tekke istefa verib. Sport24.az xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

47 yaşlı mütəxəssis Super Liqanın 11-ci turunda "Bodrumspor"la səfərdə qolsuz heç-heçə etdikləri oyundan sonra qərarını açıqlayıb.

 

Alanya təmsilçisi hazırda Super Liqada 10 xalla 15-ci pillədədir.

 

Qeyd edək ki, Tekke ötən ilin noyabrından "Alanyaspor"u çalışdırırdı. Türkiyə millisinin sabiq hücumçusu daha əvvəl "Boluspor", "Manisaspor", "Denizlispor", "Bursaspor" və "İstanbulspor"u da çalışdırıb.